Sabitliyin təmin edilməsi üçün Monitorinq Mərkəzi mütləq olmalıdır Sabitliyin təmin edilməsi üçün Monitorinq Mərkəzi mütləq olmalıdır
  • Paytaxt
  • 31 Dekabr 2020 16:36
  •  2 468

“Açıq bəyanatlar verirlər ki, gün gələcək Azərbaycan torpaqlarını işğal edəcəklər”

Sabitliyin təmin edilməsi üçün Monitorinq Mərkəzi mütləq olmalıdır

“Müharibədən təxminən iki ay keçməsinə baxmayaraq, hələ də təhdidlər, təhlükələr var”.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, nəzarətsiz erməni silahlı birləşmələri bizim ərazimizdə fəaliyyət göstərirlər və onların bir hissəsi çıxmaq, təslim olmaq istəmirlər:

“Ona görə, bu təhdidi aradan qaldırmaq və gələcəkdə bütövlükdə bölgəmizdə sülhün, sabitliyin təmin edilməsi üçün Monitorinq Mərkəzi mütləq olmalıdır.

Çünki əfsuslar olsun ki, Ermənistanda bəzi siyasi qüvvələr revanşist fikirlərlə yaşayırlar, açıq bəyanatlar verirlər ki, gün gələcək onlar Azərbaycana qarşı müharibə aparacaqlar, Azərbaycan torpaqlarını işğal edəcəklər. Bu, onlar üçün özünəqəsd olacaq. Təbii ki, belə cəhdlər dərhal yerindəcə aradan qaldırılacaq, ancaq bu təhdidlər var. Ona görə bu bölgədə monitorinq, nəzarət aparılmalıdır və Türkiyə-Rusiya mərkəzi bu funksiyanı əminəm ki, şərəflə yerinə yetirəcəkdir”.