Nəsimi Nəbizadənin qardaşı anti-narkotik əməliyyatında saxlanılıb

Dünən reablitasiya mərkəzindən qaçışı ilə gündəm olan Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub.

Yenilik.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, E.Nəbizadə 2 nəfər şəxslə birlikdə 13 kq narkotiklə Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

Saytın yaydığı məlumata görə, E.Nəbizadənin hüquqlarını vəkil Anar Qasımlı həyata keçirir. Əməkdaşımızın sualına cavab olaraq vəkil faktı təsdiq eləsə də, məhkəmədəyəm deməklə ətraflı məlumat verməkdən yayınıb.

AzNews.az