"Məcburi köçkünlər hələ də minalanmış ərazilərə görə öz torpaqlarına qayıda bilmirlər", - deyə Azərbaycanın AŞPA nümayəndə heyətinin üzvü deyib "Məcburi köçkünlər hələ də minalanmış ərazilərə görə öz torpaqlarına qayıda bilmirlər", - deyə Azərbaycanın AŞPA nümayəndə heyətinin üzvü deyib
  • Paytaxt
  • 21 İyun 2021 19:57
  •  4 564

Avropa Şurası təcili addım atmalıdır - Nigar Arpadarai

"Məcburi köçkünlər hələ də minalanmış ərazilərə görə öz torpaqlarına qayıda bilmirlər", - deyə Azərbaycanın AŞPA nümayəndə heyətinin üzvü deyib

“Azərbaycan torpaqları erməni işğalından azad edilsə də, məcburi köçkünlər hələ də minalanmış ərazilərə görə öz torpaqlarına qayıda bilmirlər. Bu barədə Avropa Şurası təcili addım atmalıdır”.

Aznews.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Nigar Arpadarai yay sessiyası zamanı çıxışında deyib.

O qeyd edib ki, iyunun 4-də Kəlbəcərdə iki azərbaycanlı jurnalist minaya düşərək həlak olublar: “Biz hər platformadan Ermənistana səslənərək onlardan minalanmış ərazilərin xəritələrini istəmişik. Onlar Ağdam rayonu üzrə 97 min minanın xəritəsini iyunun 12-də təhvil verib. Təsəvvür edin ki, təkcə bir rayonda bu qədər mina var. Nikol Paşinyan çıxışında fəxrlə bunun sadəcə minalanmış ərazilərin bir qismi olduğunu bildirib”.