• Paytaxt
  • 27 Sentyabr 16:08
  •  1 685

Dövlət başçısı müsahibə zamanı kövrəldi - VİDEO

"Nə qədər əziyyət çəkdilər, amma sınmadılar"

Azərbaycan Prezidenti İlham Əliyev azad edilən torpaqlara ziyarəti barədə danışarkən gözləri dolub.

Dövlət başçısı bildirib ki, Qarabağa gedərkən Mehriban Əliyeva ilə birlikdə yolda qeydə aldıqları videoçəkilişləri ilk növbədə o bölgədə yaşayan azərbaycanlılar üçün ediblər: "Biz ilk dəfə Şuşaya gedəndə, səhər Bakıdan çıxmışdıq. Çünki yol çox uzaq idi. Zəfər yolu ilə Füzulidən Şuşaya haradasa, 3 saata getmişdik. Yollar qar, buz bağlamışdı. Ona görə səhər erkən çıxmışdıq. Hələ ki qaranlıq idi, hava işıqlandıqca çox gözəl mənzərə yarandı və Mehriban xanım onu öz telefonu ilə çəkməyə başladı. Məni çəkdi, mən də dedim ki, “Yolumuz Şuşayadır””.

“Bundan başladı. Ondan öncə Ağdam və digər ərazilər vardı. Bu, özəl təşəbbüsdü. Çünki adətən mənim səfərlərimi rəsmi heyət işıqlandırır. Adətən rəsmi görüşlər, çıxışlar və s. Bu isə yeni bir yanaşma idi. Bilirəm ki, bir çoxlarının xoşuna gəldi. Bizim də xoşumuza gəldi. Bu sözləri deməklə ilk növbədə mənim gözümün önünə o bölgələrdə yaşayan insanlar gəlirdi. Mən ilk növbədə onlar üçün bunu deyirdim. Çünki onlar 30 il həsrət içində idilər. Və mən gəlmişəm ora, mən bu evi görürəm, bu binanı görürəm, o görmür. O, bizim gözlərimizlə onu görməlidir. Hər zaman mənim gözümün önündə onlar idi. Nə qədər əzab çəkdilər. Nə qədər əziyyət çəkdilər, amma sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!”, - İlham Əliyev kövrələrək bildirib.