XİN məlumat yayıb XİN məlumat yayıb
  • Paytaxt
  • 30 Noyabr 2021 16:47
  •  3 225

Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışıb

XİN məlumat yayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən bildirilib ki, M.Çavuşoğlu təlim uçuşları zamanı Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı dərin təəssüf hisslərini bölüşüb.

Qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.

C.Bayramov M.Çavuşoğluya başsağlığına görə təşəkkür edib, qardaş Türkiyənin hər zaman Azərbaycanın kədərini və sevincini bölüşdüyünü vurğulayıb.

Azərbaycanın XİN başçısı öz növbəsində, İstanbulda baş verən qasırğa nəticəsində ölüm hallarının və yaralıların olması ilə bağlı kədərləndiyimizi həmkarının diqqətinə çatdırıb, təbii fəlakət qurbanlarının yaxınlarına səbr arzulayıb.