- Paytaxt
- 9 Aprel 2022 14:33
- 7 040
Prezident və Birinci xanım Teymur Bünyadovun dəfn mərasiminə əklil göndərib - FOTO
Əklil mərhumun II Fəxri xiyabandakı məzarı üzərinə qoyulub
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri Teymur Bünyadovun dəfn mərasiminə əklil göndərib.
Aznews.az xəbər verir ki, əklil mərhumun II Fəxri xiyabandakı məzarı üzərinə qoyulub.