Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla öz əksini tapıb Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla öz əksini tapıb
  • Paytaxt
  • 18 May 2022 19:00
  •  4 999

Azad edilmiş ərazilərdə torpaqların kateqoriyasına dair qayda hazırlanacaq

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla öz əksini tapıb

Azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi qaydası hazırlanacaq.

Aznews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərmanına edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və dəyişdirilməsinin sadələşdirilmiş qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.