Bunu İlham Əliyev “TEKNOFEST Azərbaycan” festivalında deyib Bunu İlham Əliyev “TEKNOFEST Azərbaycan” festivalında deyib
  • Paytaxt
  • 28 May 2022 18:06
  •  5 191

“Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək” - Prezident

Bunu İlham Əliyev “TEKNOFEST Azərbaycan” festivalında deyib

“Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir. Və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik”.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib.

“Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim və Azərbaycanın müstəqil siyasətini təmin edim.

Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.

Mən bir daha əziz qardaşım, sayın Cumhurbaşqanı və Türkiyədən gəlmiş bütün dostlarımıza, qardaşlarımıza, bacılarımıza bu gün, bu bayram günündə bizimlə bərabər olduqları üçün öz təşəkkürümü bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı! Qarabağ Azərbaycandır!”, - dövlət başçısı vurğulayıb.