Ehtiyac olduğu təqdirdə, Gürcüstan hakimiyyəti əvvəlcədən olduğu kimi, bu prosesin davam etməsinə mütləq şəkildə öz töhfəsini verəcək Ehtiyac olduğu təqdirdə, Gürcüstan hakimiyyəti əvvəlcədən olduğu kimi, bu prosesin davam etməsinə mütləq şəkildə öz töhfəsini verəcək
  • Paytaxt
  • 16 İyul 2022 13:49
  •  4 116

Darçiaşvili Ceyhun Bayramovla Mirzoyanın əlverişli nəticə əldə edəcəyinə əmindir

Ehtiyac olduğu təqdirdə, Gürcüstan hakimiyyəti əvvəlcədən olduğu kimi, bu prosesin davam etməsinə mütləq şəkildə öz töhfəsini verəcək

“Əminəm ki, bu proses konkret əlverişli nəticələr əldə edəcək”.

Aznews.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Tbilisidə Azərbaycan-Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı jurnalistlərə suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, ehtiyac olduğu təqdirdə, Gürcüstan hakimiyyəti əvvəlcədən olduğu kimi, bu prosesin davam etməsinə mütləq şəkildə öz töhfəsini verəcək.