Prezidentin köməkçisindən Azərbaycanı etnik təmizləmə aparmaqda ittiham edən ermənilərə tutarlı cavab Prezidentin köməkçisindən Azərbaycanı etnik təmizləmə aparmaqda ittiham edən ermənilərə tutarlı cavab
  • Paytaxt
  • 9 Avqust 2022 18:31
  •  6 993

“Yaxın Şərqdən olan ermənilər Laçında qanunsuz olaraq məskunlaşdırılıb”- Hikmət Hacıyev

Prezidentin köməkçisindən Azərbaycanı etnik təmizləmə aparmaqda ittiham edən ermənilərə tutarlı cavab

Laçının işğalı və yağmalanmasından sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırılıblar.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Twitter“ hesabındakı paylaşımında qeyd edib.

Hikmət Hacıyev “The Times” nəşrinin işğalla bağlı reportajını da paylaşıb.

“Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin “The Times” reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır”, – Prezidentin köməkçisi vurğulayıb.

AzNews.az