- Paytaxt
- 19 Avqust 2022 15:20
- 4 178
Mərc oyunlarından əldə olunan vəsaitin bir hissəsilə bağlı qərarı Gənclər və İdman Nazirliyi verəcək

Baş nazir sənəd imzalayıb
Azərbaycanda idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarında dəyişiklik edilib.
Sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Dəyişikliyə əsasən, idman mərc oyunlarının keçirilməsindən əldə olunan toplam dövriyyədən vergilər tutulduqdan sonra qalan məbləğindən bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi Gənclər və İdman Nazirliyinin müəyyən edəcəyi quruma ödəniləcək.
İndiyədək bu vəsait Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinə ödənilirdi.