Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat hadisələri baş verib Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat hadisələri baş verib
  • Paytaxt
  • 21 Avqust 2022 14:44
  •  3 947

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı verib

Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat hadisələri baş verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Baş nazir Ə.Əsədov Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat hadisələri nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.