Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Xocavəndin Edilli kəndində aşkarlanmış kütləvi məzarla bağlı “Twitter“də paylaşım edib Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Xocavəndin Edilli kəndində aşkarlanmış kütləvi məzarla bağlı “Twitter“də paylaşım edib
  • Paytaxt
  • 4 Oktyabr 2022 22:47
  •  3 442

XİN: Edillidə 12 nəfərin işgəncə əlamətləri olan qalıqları tapılıb, bunu törədən ermənilərə heç bir qınaq yoxdur

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Xocavəndin Edilli kəndində aşkarlanmış kütləvi məzarla bağlı “Twitter“də paylaşım edib

Aznews.az xəbər verir ki, XİN-in paylaşımda 4000 azərbaycanlının hələ də itkin olduğu, bunu törədən ermənilərə isə heç bir qınaq olmadığı qeyd olunub.

“Xocavəndin əvvəllər işğal altında olan Edilli kəndində 12 nəfərin məftil və kəndirlə bağlanmış, həmçinin işgəncə əlamətləri aşkarlanan qalıqlarının olduğu daha bir kütləvi məzar tapılıb. Təxminən 4000 azərbaycanlı mülki şəxs və müharibə əsiri hələ də itkindir və bunu törədən ermənilərə qarşı heç bir qınaq yoxdur”, - deyə paylaşımda bildirilib.