“Biz onilliklər boyu davam edən bu münaqişə zamanı insan tələfatından dəhşətə gəlirik və..." “Biz onilliklər boyu davam edən bu münaqişə zamanı insan tələfatından dəhşətə gəlirik və..."
  • Paytaxt
  • 6 Oktyabr 2022 21:02
  •  2 889

ABŞ səfirliyi Edillidə kütləvi məzarlığın aşkarlanmasına münasibət bildirib

“Biz onilliklər boyu davam edən bu münaqişə zamanı insan tələfatından dəhşətə gəlirik və..."

ABŞ-ın Azərbaycandakı Səfirliyi Xocavəndin Edilli kəndindəki kütləvi məzarlıqla bağlı açıqlama yayıb.

AzNews.az-ın ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Alis Spensliyə istinadla xəbərinə görə, bəyanatda deyilir:

“Biz onilliklər boyu davam edən bu münaqişə zamanı insan tələfatından dəhşətə gəlirik və həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk. ABŞ törədilmiş qırğınlar/vəhşiliklər barədə xəbərlərdən dərin narahatlıq duyur və hər hansı törədilmiş vəhşiliyə görə məsuliyyət daşıyanlar cavab verməlidir. Sülhə nail olmaq və yaraların sağalması üçün cavabdehlik/məsuliyyət vacibdir.

ABŞ Ermənistan və Azərbaycanın dayanıqlı sülh sazişinin əldə edilməsi istiqamətində atdığı addımları dəstəkləyir və ABŞ Ermənistan və Azərbaycana məsələlərin sülh yolu ilə həllinə kömək etməyə sadiqdir. Biz BQXK-nın, beynəlxalq QHT-lərin və jurnalistlərin dağıntı və zərər iddialarını müstəqil və qərəzsiz qiymətləndirməsinə imkanın verilməsi və araşdırmaq imkanını dəstəkləyirik”.