• Paytaxt
  • 18 Noyabr 2022 17:54
  •  3 565

Milli Məclisdə yeni sektor yaradılıb, müdir təyin edilib

Milli Məclis Aparatında yeni yaradılan Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsində Vətəndaşların qəbulu sektoru yaradılıb.

Aznews.az xəbər verir ki, Anar Vəliyev yeni sektora müdir təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin yaradılması ilə əlaqədar Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Vətəndaşların qəbulu sektoru ləğv edilmiş, bu sektorun müdiri olmuş Rüfət Məmmədov Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdir müavini təyin olunmuşdu.