• Paytaxt
  • 30 Noyabr 2022 19:08
  •  4 372

Azərbaycan səfiri etimadnaməsini Niderland Kralına təqdim edib

Azərbaycan səfiri Rəhman Mustafayev etimadnaməsini Niderland Kralı Villem-Aleksandra təqdim edib.

Aznews.az xəbər verir ki, səfir bu barədə “Twitter”də bildirib.

“Bu gün səfir kimi etimadnaməmi Kral Villem-Aleksandra təqdim etmək şərəfinə nail oldum. Siyasi dialoqun gücləndirilməsi, iqtisadi əməkdaşlıq, elm və mədəniyyət sahəsində əməkdaşlıq, gənclərin mübadiləsi gündəliyimizdə əsas məsələlər olacaq”, - diplomat vurğulayıb.