• Paytaxt
  • 8 Dekabr 2022 11:22
  •  1 782

TÜRKSOY Qarabağdakı abidələrin bərpası ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

“Dünyanın hər yerində olduğu kimi, Azərbaycanın mədəni irsinin qorunması da ortaq məsuliyyətimizdir”.

“Report”un xəbərinə görə, bunu TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiyalarının 8-ci Dövrünün sədri, YUNESKO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz “Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair YUNESKO Konvensiyalarının Rolu” mövzusunda keçirilən beynəlxalq konfransında deyib.

O qeyd edib ki, Azərbaycan Qarabağda illərdir davam edən işğalın sülhlə bitməsi üçün səbrlə gözlədi.

“Lakin bu nəticə vermədi. Azərbaycan 44 günlük müharibə ilə öz torpaqlarını erməni işğalından azad etdi. Birlikdə Qarabağda təhrif edilən, dağıdılan mirasların yenidən canlandırılmasına çalışmalıyıq. Bu konqres beynəlxalq ictimaiyyətə edilən çağırışdır. Nəticələrinin müsbət olacağını düşünürük”, - o bildirib.