• Paytaxt
  • 24 Aprel 2023 17:02
  •  4 254

Milli Məclis Ermənistanı regionda gərginliyi artıracaq hərəkətlərdən çəkinməyə çağırıb

Azərbaycan Milli Məclisi Ermənistan tərəfini regionda gərginliyi artıracaq hərəkətlərdən çəkinməyə çağırıb.

Aznews.az xəbər verir ki, bu, Milli Məclisinin Mətbuat xidmətinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi haqqında bəyanatı ilə bağlı mətbuata açıqlamasında bildirilib.

“Ermənistan tərəfini regionda gərginliyi artıracaq hərəkətlərdən, sülh danışıqlarına müxtəlif bəhanələrlə maneçilik törətməkdən çəkinməyə, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında Azərbaycanla münasibətlərin qurulması səylərinə məsuliyyətlə yanaşmağa çağırırıq",-açıqlamada qeyed edilib.