• Paytaxt
  • 20 Sentyabr 2023 17:53
  •  3 223

BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasının keçirilməsinə ehtiyac yoxdur - Hikmət Hacıyev

Bəzi dövlətlərin bizə qarşı çevik bəyanatları bizi narahat edir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O, qeyd edib ki, bütün bunlara rəğmən, beynəlxalq ictimaiyyət və tərəfdaşlarımız bu məsələlərlə bağlı daimi məlumatlandırılır: “Azərbaycan Respublikasının legitim narahatlığı onların diqqətinə çatdırılırdı. Əfsuslar olsun ki, birtərəfli bəyanatların sülh gündəliyinə xidmət etdiyini düşünmürük”.

Prezidentin köməkçisi BMT-nin hər hansısa bir aləti tətbiq etməyinə ehtiyac olmadığını düşündüyünü bildirib.

O, qeyd edib ki, bu cür mühüm məsələlər yerlərdə lokal səviyyədə həll tələb edir: ”Belə bir iclas çağırılarsa, heç də xeyirli və səmərəli olmayacaq. Biz istəməzdik ki, bu kövrək vəziyyət daha da pisləşsin. Yəni bu iclasın keçirilməsinə ehtiyac yoxdur. Olarsa, Azərbaycan öz legitim narahatlığını ifadə etməyə hazırdır”.