• Paytaxt
  • 30 Sentyabr 2023 12:17
  •  2 511

Nazirlik: "Azərbaycan regionda Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək ilk ölkədir"

Azərbaycan regionda Beynəlxalq Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edəcək ilk ölkədir.

Aznews.az xəbər verir ki, bunu tədbirin keçiriləcəyi məkana (Heydər Əliyev və Bakı Konqres mərkəzləri) təşkil olunmuş mediaturda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov bildirib.

O, həmçinin deyib ki, bu günə qədər Bakı Konqresində 4 mindən çox nümayəndə iştirak üçün qeydiyyatdan keçib: "Çox sevindirici haldır ki, tədbir iştirakçılarının yarıdan çoxu gənclərdir. Azərbaycan gəncləri də bu sahədə çox aktivdir. Azərbaycanın gənc alimləri 200-dən çox elmi məqalə təqdim edib. Ümumilikdə, Konqresə 195 ölkdən 3 500-dən çox elmi məqalə təqdim olunub", - deyə o qeyd edib.