• Paytaxt
  • 12 Mart 2025 21:29
  •  5 571

Albaniya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Albaniya Respublikasının Prezidenti Bayram Beqay Xll Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Aznews.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Prezidenti Bayram Beqayı xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.