- Paytaxt
- 15:14
- 1 014
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Azərbaycan Prezidentini təbrik edib

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin milli bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Sizə möhkəm cansağlığı və səaadət, qardaş Azərbaycan xalqına daha sürətli inkişaf arzulayıram".
AzNews.az