- Paytaxt
- 17:18
- 1 483
Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.
Allah rəhmət eləsin!"