- Paytaxt
- 12 Oktyabr 10:07
- 4 807
Azərbaycan XİN Qətərə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Qətərə başsağlığı verib.
Azərbaycan XİN Qətər diplomatlarının Misirdə avtomobil qəzasında faciəli şəkildə həyatlarını itirməsi ilə əlaqədar Qətər Dövləti hökumətinə və xalqına başsağlığı verib.
Qeyd edək ki, Qəzza ilə bağlı danışıq prosesində vasitəçi qismində iştirak edən Qətərin 3 diplomatı Misirdə avtomobil qəzasında ölüb.