Türkiyə Ordusuna yerli “Altay” tanklarının ilk partiyası təhvil veriləcək

Türkiyənin yerli “Altay” tanklarının kütləvi istehsalına başlanılır, ilk partiyası oktyabrın 28-də Türkiyə Ordusuna təhvil veriləcək.

Aznews.az APA-ya istinadən xəbərinə görə, Türkiyə Ordusu üçün ümumilikdə 250 “Altay” tankının istehsalı nəzərdə tutulub.

Bu tankların 85 ədədi T1 markalı, 165 ədədi isə sonradan daha da təkmilləşdiriləcək T2 markalı olacaq.