- Paytaxt
- 17:04
- 1 216
İsveçrədə partlayışda ölənlər və yaralananlar arasında azərbaycanlıların olub-olmaması barədə məlumat daxil olmayıb - RƏSMİ
İsveçrənin Kran-Montana dağ-xizək kurortunda partlayış nəticəsində ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə məlumat daxil olmayıb.
Aznews.az xəbər verir ki,Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
Qeyd edək ki, Alp dağlarında yerləşən xizək kurortu şəhərciyi Kran-Montanada 2026-cı il yanvarın 1-də gecə yarısından sonra, təxminən, saat 01:30 radələrində "Le Constellation" adlı ikimərtəbəli barda partlayış baş verib. Yanğın nəticəsində, təxminən, 40 nəfər ölüb, daha 100 nəfər isə xəsarət alıb.