Prezident: Ədalətsiz 907-ci düzəliş ölkələrimiz arasında əlaqələrin inkişafının mahiyyətinə uyğun deyil

“Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəliş ölkələrimiz arasında əlaqələrin bügünkü inkişafının mahiyyətinə uyğun deyil.

Aznews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün ABŞ nümayəndə heyətini qəbul edərkən bildirib.

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğuladı.

AzNews.az