Ötən gün axtarışda olan 84 nəfər saxlanılıb

Ötən gün axtarışda olan 84 nəfər saxlanılıb.

Bu barədə Aznews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 9-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.