- Paytaxt
- 17:06
- 963
Səbinə Əliyeva vətəndaşları qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva fevralın 12-də Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib.
Aznews.az xəbər verir ki, Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, Ombudsman qəbul üçün müraciət etmiş vətəndaşları fərdi qaydada qəbul edib, bəzi məsələlərin operativ həlli məqsədilə yerində zəruri tədbirlər görülüb.
Araşdırma tələb edən digər məsələlərin nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində aidiyyəti dövlət qurumlarına müraciət ediləcəyi diqqətə çatdırılıb.
Aznews.az