- Ermənistan və Gürcüstan
- 14:08
- 963
Ermənistan bu insanlara kompensasiya ödəyəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər səbəbindən ixrac edilə bilməyən kənd təsərrüfatı məhsullarına görə fermerlərə dövlət tərəfindən kompensasiya veriləcəyini açıqlayıb.
Paşinyan bildirib ki, hökumət ölkənin iqtisadi müstəqilliyini gücləndirmək və yeni keyfiyyət mərhələsinə keçidini təmin etmək istiqamətində addımlar atır.
“Bibər xarab olarsa, onun pulunu mən ödəyəcəyəm, hökumət ödəyəcək. Amma bütün bunların nəticəsində Ermənistanda həm bibər istehsalı, həm də ixracı artacaq”, – deyə Baş nazir vurğulayıb.
Onun sözlərinə görə, ixrac prosesində haqsız maneələr yarandığı bütün hallarda dövlət dəstək və subsidiya proqramlarını işə salacaq.
Bununla yanaşı, Paşinyan etiraf edib ki, bəzi hallarda erməni istehsalçıları xarici bazarlara aşağı keyfiyyətli məhsullar təqdim edirlər.
Baş nazir satış bazarlarının şaxələndirilməsinin vacibliyini də qeyd edib. O bildirib ki, mövcud vəziyyət Ermənistanı yeni tərəfdaşlar axtarmağa sövq edir və artıq bir neçə biznes nümayəndə heyəti yeni ixrac bazarlarına göndərilib.
Paşinyan vurğulayıb ki, ölkə yeni satış istiqamətləri tapıb və bu bazarlarda əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Mövsüm,
AzNews.az