- Paytaxt
- 13:40
- 2 267
Putin Azərbaycanı təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya liderlərinə, eləcə də Gürcüstan və Moldova xalqlarına təbrik məktubları göndərib.
AzNews.az xəbər verir ki, müraciət Rusiya Prezidentinin saytında dərc edilib.
Rusiya Prezidenti vurğulayıb ki, "bu gün biz saysız-hesabsız qurbanlar və çətinliklər bahasına cəbhədə çiyin-çiyinə vuruşan və arxa cəbhədə çalışan, nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıran atalarımıza və babalarımıza minnətdarlığımızı və hörmətimizi bildiririk".
Rusiya Prezidenti xarici ölkələrin liderlərinə və vətəndaşlarına təbrik məktublarında Böyük Vətən Müharibəsi veteranlarına və arxa cəbhə işçilərinə səmimi təbriklərini və səmimi minnətdarlıqlarını çatdırıb, onlara möhkəm cansağlığı, dözümlülük və uzun ömür arzulayıb.