Magistral yollarda piyadaların vurulması tez-tez baş verir. Magistral yollarda piyadaların vurulması tez-tez baş verir.

Piyadaların nəzərinə - Qaydalar dəyişir + VİDEO

Magistral yollarda piyadaların vurulması tez-tez baş verir.


AzNews.az-ın Xəzər xəbər- ə istinadən məlumatına görə, hazırda belə hadisələrdə piyada yüngül və ya ağır xəsarət alırsa, sürücü məsuliyyətə cəlb edilir.

Ancaq mayın 1-dən cəza tədbirləri dəyişir.

Magistral yollarda piyadaların vurulmasına görə sürücülərin məsuliyyətə cəlb edilməsi qaydası dəyişir. Mayın 1-də qüvvəyə minəcək Yeni İnzibati Xətalar Məcəlləsinə görə bir sıra hallarda sürücülər məsuliyyət daşımayacaq.

Hazırkı qaydalara görə sürəti 110 km/saat olan yolda piyadanın vurulması nəticəsində o yüngül xəsarət alsa, onda sürücü 200 manat miqdarda cərimə edilir və sürücünün avtomobil idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır.

Yeni qaydaya görə piyada yalnız yüngül xəsarət alarsa,sürücünün məsuliyyəti olmur.Yüngül xəsarət dərəcəsi isə Nazirlər Kabinetinin qaydalarında aydın şəkildə təsbit edilib. Yeni qaydalar piyada və sürücülər tərəfindən birmənalı qarşılanıb.