Azərbaycanın strateji valyuta ehtiyatları 90 mlrd. 667,7 mln. dollara çatıb.
Aznews.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, ölkənin strateji valyuta ehtiyatları ötən ilin eyni dövrünə nisbətən 24,6% artıb.
Qeyd edilib ki, Azərbaycanın strateji valyuta ehtiyatları bu dinamika ilə xarici dövlət borcunu 19,2 dəfə üstələyib.