“Günəşli” yatağındakı 106 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. “Günəşli” yatağındakı 106 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

“Günəşli” yatağında daha bir quyu istismara verildi

“Günəşli” yatağındakı 106 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.


AzNews.az xəbər verir ki, ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 2 nömrəli dərin dəniz özülündə 106 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin X horizontundan qazlift üsulu ilə məhsul vermiş, 3050-3011 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.