Rusiyanın idman naziri Vitali Mutko Bakıda 2015-ci ilin iyun ayında keçirilmiş birinci Avropa oyunlarından danışıb. Rusiyanın idman naziri Vitali Mutko Bakıda 2015-ci ilin iyun ayında keçirilmiş birinci Avropa oyunlarından danışıb.

Rus nazir Bakıdakı Avropa oyunlarından danışdı - “Biz yeni adlar eşitdik“

Rusiyanın idman naziri Vitali Mutko Bakıda 2015-ci ilin iyun ayında keçirilmiş birinci Avropa oyunlarından danışıb.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Vitali Mutko Avropa oyunları rusiyalı idmançılar üçün karyerasının ən vacib anları olduğunu deyib. Bu barədə "Moskva- Baku" məlumat yayıb.

Nazirin sözlərinə görə, Bakıdakı oyunlar Rusiyadan olan gənc idmançılar üçün doğrudan da əvəzolunmaz təcrübəyə çevrilib: "Demək lazımdır ki, Avropa oyunları onlar üçün idman karyerasının yeni mərhələsinə keçmək üçün müəyyən meydança rolunu oynadı. İdmançılar öz istedadlarını aça bildilər. Biz yeni adlar eşitdik. Atlet məşq edə və gözəl formada ola bilər. Lakin onun səviyyəsini qiymətləndirmək üçün bu cür ciddi idman tədbirlərində iştirakı zərurudir".


Avropa oyunlarının açılış mərasimi

Ilk Avropa oyunları 12 iyun - 28 iyun 2015-ci il tarixində Azərbaycanın paytaxtı Bakıda və Mingəçevirdə keçirilib. Oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Avropa Olimpiya Komitələri tərəfindən keçirilib. Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışıb.


Ledi Qaqanın Bakıdakı çıxışı

Dünya şöhrətli müğənni Ledi Qaqa Bakıda keçirilən Avropa Oyunlarının açılış mərasimində piano arxasında ifa edib. O, güllərlə bəzədilən piano arxasında idmançılar üçün "İmagine" (Xəyal Et) mahnısını səsləndirib.