Balakəndə 22 yaşlı oğlan qonşusu tərəfindən bıçaqlanıb. Balakəndə 22 yaşlı oğlan qonşusu tərəfindən bıçaqlanıb.

Balakəndə 22 yaşlı oğlan bıçaqlandı

Balakəndə 22 yaşlı oğlan qonşusu tərəfindən bıçaqlanıb.


Balakən Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, fevralın 7-də saat 20:40 radələrində rayonun Şambul kənd sakini, 1994-cü il təvəllüdlü Nurlan Adil oğlu Rəhimov qarının sol yan nahiyəsinin kəsilmiş-cırılmış xəsarəti ilə xəstəxanaya daxil olub. N. Rəhimovun üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağırdır. Məlumatda bildirilir ki, N. Rəhimov adı və soyadı bilinməyən yaşlı qonşusu tərəfindən bıçaqlanıb. N. Rəhimovu xəstəxanaya elə onu bıçaqlayan şəxs gətirib. Daha sonra hadisəni törədən şəxs Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şöbəyə aparılıb.

Balakən RPŞ-nin növbətçi hissəsindən verilən məlumatda N. Rəhimovun bıçaqlanması faktı təsdiqlənib, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

APA.az