İH-dən ərəblərin Bakıda ərazi alması xəbərinə - Reaksiya

Bakının Nərimanov rayonunun plana düşən ərazilərinin böyük hissəsinin ərəb şeyxləri tərəfindən alınması ilə bağlı məlumat yayılıb.


Məlumata görə, ərəblər "Çermet" adlanan ərazinin böyük bir hissəsindəki və Dərnəgül körpüsünün ətrafındakı fərdi yaşayış və bina evlərini alıblar.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Nərimanov İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov yayılan məlumatları əsassız adlandırıb: "Nərimanov rayonunda gedən yenidənqurma işləri ölkə başçısı, cənab prezidentin sərəncamı əsasında həyata keçirilir. Yol infrastrukturunun yenidən çəkilməsi və genişləndirilməsi zamanı Ziya Bünyadov prospekti və Həsən Əliyev küçəsinin davamı olaraq Böyük Şor ərazisindən keçən yeni hissədə Nərimanov İcra Hakimiyyəti, "Azəryol" ASC və Maliyyə Nazirliyi ilə birlikdə ərazidə yola düşən hissələri siyahıya alıb. Əhalinin köçürülməsi tərəfimizdən həyata keçiriləcək.

Bundan başqa orada ərəbin, ingilisin, hər hansı bir əcnəbi şirkətin ərazi alıb əhalini köçürülməsi həqiqətə uyğun deyil".


Ş.İbadov həmçinin mediadan vətəndaşlar arasında bu cür çaşqınlığa səbəb olacaq xəbərləri yaymamağı xahiş edib.