TQDK-da Apellyasiya Şurası yaradılıb. TQDK-da Apellyasiya Şurası yaradılıb.

TQDK-da Apellyasiya Şurası yaradıldı

TQDK-da Apellyasiya Şurası yaradılıb.


AzNews.az TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin əmri ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Apellyasiya Şurası yaradılıb. Yeddi üzvdən ibarət olan Apellyasiya Şurasının tərkibinə TQDK-nın sədr müavini, şöbə müdirləri və Regional bölmələrinin rəhbərləri daxil ediliblər.

Qeyd olunmalıdır ki, "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"yə uyğun olaraq, Apelyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş şikayətlər üzrə TQDK-nın qəbul etdiyi qərarlardan, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən həmin şəxslərin Apellyasiya Şurasına verdiyi şikayətlərə baxacaq.