12000 dolları qanunsuz keçirən türk vətəndaşı saxlanıldı

Azərbaycanda hava limanından qanunsuz dollar keçirən türk vətəndaşı saxlanılıb.


AzNews.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Türkiyə Respublikasının vətəndaşı Taşkın Murat Mehmet Kamil gömrük nəzarətindən keçən zaman bəyannamə təqdim etməyib.

Lakin M.Taşkının hərəkətləri şübhə doğurduğuna görə üzərində şəxsi yoxlama aparılıb.

Nəticədə, onun şalvarının ciblərindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 12000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.