Xalq artisti İlhamə Quliyevanın hazırda həbsdə olan köməkçisi Mehriban Hüseynovanın yaxın vaxtlarda daha bir müraciəti yayılacaq. Xalq artisti İlhamə Quliyevanın hazırda həbsdə olan köməkçisi Mehriban Hüseynovanın yaxın vaxtlarda daha bir müraciəti yayılacaq.

İlhamənin həbsdəki köməkçisi növbəti müraciətini yayacaq

Xalq artisti İlhamə Quliyevanın hazırda həbsdə olan köməkçisi Mehriban Hüseynovanın yaxın vaxtlarda daha bir müraciəti yayılacaq.


Bu barədə AzNews.az-a M.Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov məlumat verib. O, bildirib ki, M.Hüseynova ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət məktubu ünvanlayıb: "Dəfələrlə vəsatət vermişik ki, Mehriban xanım ev dustaqlığına buraxılsın. Amma bu müraciətlərin heç birinə məhəl qoyulmayıb. Prezidentə, Bakı Şəhər Prokurorluğuna, Baş Prokurorluğa məktub yazmışam. Yenə də baxılmır".

T.Hüseynov qeyd edib ki, M.Hüseynova sifariş əsasında həbs olunub.
Qeyd edək ki, Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova bu il həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 29, 180-cı (Soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az