Azərbaycan “GOBankingRates” agentliyinin tərtib etdiyi 50 yaşamaq üçün ən ucuz olan reytinq siyahısında qonşu ölkələri qabaqlayıb. Azərbaycan “GOBankingRates” agentliyinin tərtib etdiyi 50 yaşamaq üçün ən ucuz olan reytinq siyahısında qonşu ölkələri qabaqlayıb.

Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı - Siyahı

Azərbaycan “GOBankingRates” agentliyinin tərtib etdiyi 50 yaşamaq üçün ən ucuz olan reytinq siyahısında qonşu ölkələri qabaqlayıb.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Azərbaycan bu siyahıda 23-cü yerdədir. Reytinq əsasən yerli alıcılıq qabiliyyəti, icarə haqqı, ərzaq mallarının qiyməti, yerli mal və xidmətlərin istifadəsinin ucuz olmasına görə hazırlanıb.

Azərbaycanda:

Yerli alıcılıq qabiliyyəti 59,6%;

İcarə haqqı 88,5%

Ərzaq mallarının qiyməti 74%;

Yerli mal və xidmətlərdən istifadə 69,3% daha ucuzdur.

Agentliyin məlumatına görə, 50 ölkədə icarə haqqı Nyu-Yorka nisbətən 70%, ərzaq indeksi 40%, istehlak qiymətləri və xidməti 30 % daha ucuzdur.

Azərbaycanı da Nyu-Yorkla müqayisə edən "GOBankingRates" burada yaşam səviyyəsinin Nyu-Yorka nisbətən 70% daha ucuz olduğunu vurğulayır.

Reytinqdə Ermənistan 42, Gürcüstan 29, Türkiyə 31, Rusiya isə 39-cü yerdə bərqərar olub. İran isə ümumiyyətlə, 50 ölkədən ibarət olan siyahıya düşməyib.

Yaşamaq üçün ən ucuz ilk 5 ölkə bunlardır:


Siyahıda ən bahalı ölkələr isə bunlardır: Belarusiya, Peru, Litva, Xorvatiya, Mərakeşdir.