Toy karvanları və gələn qonaqlar avtomobili restoranın yaxınlığında necə gəldi saxlayırlar. Toy karvanları və gələn qonaqlar avtomobili restoranın yaxınlığında necə gəldi saxlayırlar.

Tıxaca səbəb olan kimdir? - Video

Toy karvanları və gələn qonaqlar avtomobili restoranın yaxınlığında necə gəldi saxlayırlar.


Ensiz olan yolun hər iki tərəfində avtomobil park edilib. Gəliş-gediş üçün yalnız bir avtomobil keçə bilir. Axşam olan kimi xüsusi ilə də toy olan restoranların qarşısında bənzər mənzərə yaranır. Əlacsız qalan digər sürücülər siqnal verərək keçmək üçün yol istəyirlər. Görüntülər paytaxtın Nizami rayonu şadlıq evləri ilə bol olan Bəkir Çobanzadə küçəsidəndir. Toy karvanı və gələn qonaqlar avtomobili restoranın qarşısında və yolda necə gəldi saxlayıblar.

Toy qurtarana yaxın avtomobillərin restoranın qarşısından yola çıxamsı isə hərəkəti tamamilə dayandırır. Sözü gedən rayonum Mikayıl Əliyev küçəsində də vəziyyət eynidi. 3 zolaqlı yolun iki zolağı avtomobillər tərəfindən zəbt edilib.

Sözügedən problem təkcə Nizami rayonuda yox, Binəqədi rayonunda da var. Mircəlal küçəsində, yaxın olan bir neçə restoranın qarşısında axşam saat 18:00-dan 23:00-a qədər tıxac olur. Yaranmış vəziyyətə görə bəzi sürücülər restoran qarşısında müştəri gözləyən taxsi sürücülərini günahlandırılar.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları şadlıq evlərinin qarşısında nəzarəti gücləndirmişdilər.Qanunsuz park etmə və toy karvanlarında qarşı yola çıxan sürücüləri cərmələyirdilər. Amma hazırda görünən odur ki, bu nəzarət sadəcə bir müddətlik olub.

Avtosfer.az