Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq. Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Bakının iki qəsəbəsi qazsız qalacaq

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.


AzNews.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, fevralın 23-də saat 9:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Semzavod" və "Səngəçal" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Sahil və Səngəçal qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.