İlhamənin son vəsiyyəti: “Məni tabutda basdırın” (Video)

Xalq artisti İlhamə Quliyevanın son vəsiyyəti ilə bağlı bəzi fikirlər səsləndirilir.


AzNews.az xəbər verir ki, müğənninin qohumu Əli Mirəliyev jurnalsitlərə açıqlamasında İ.Quliyevanın son vəsiyyətini edə bilmədiyini dilə gətirib.

Lakin hazırda İlhamə Quliyevanın evinin qarşısında olan telejurnalist Elgiz Əkbər onun son vəsiyyətinə dair fikirlər səsləndirib. E.Əkbər İ.Quliyevanın tabutda basdırılmasını istədiyini deyib: "İlhamə xanım vəsiyyət etdi. Dedi ki, anamın üzərinə salınan qırmızı yaylığı üstümə örtərsiniz və mümkünsə, məni tabutda basdırarsınız".

Xatırladaq ki, İ.Quliyeva ötən il televiziya verilişlərindən birində çıxışı zamanı da belə bir vəsiyyətinin olduğunu dilə gətirmişdi: "30-40 ildən sonra mən vəfat edəndə məni içərisi tüllə bəzədilmiş və qoz ağacından düzəldilmiş tabutda basdırsınlar. Qurd-quşdan qorxuram. Yaxınlarım, hamı qulaqlarını açıb vəsiyyətimi yaxşı eşitsin".




AzNews.az-ın İlhamə Quliyevanın evinin qarşısında olan əməkdaşının sözlərinə görə, tabut artıq evin qarşısına gətirilib.