Fevralın 25-də Almaniyanın Köln şəhərində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş "Soyqırım cinayəti, reallıqlar və faktlar" mövzusunda konfrans keçirilib. Fevralın 25-də Almaniyanın Köln şəhərində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş "Soyqırım cinayəti, reallıqlar və faktlar" mövzusunda konfrans keçirilib.

“Böyüməyən uşaqlar” Almaniyada təqdim olundu- Fotolar

Fevralın 25-də Almaniyanın Köln şəhərində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş "Soyqırım cinayəti, reallıqlar və faktlar" mövzusunda konfrans keçirilib.


AzNews.az xəbər verir ki, konfrans Avropa Türk İslam Birliyinin salonunda baş tutub.

Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra tədbiri açan Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev Xocalı soyqırımı cinayətlərindən danışıb.

O bildirib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində effektiv işlər görülməlidir.

"Düşünürəm ki, bu dəhşətli cinayətin dünyaya tanıdılması baxımından çox böyüklər işlər görülür. Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının baş direktoru Elşad Eyvazlının ssenari və ideya müəllifliyi əsasında çəkilən `Böyüməyən uşaqlar" filmi və eyni adlı kitab bu faciənin şahidlərin öz dili dünyaya çatdırılması baxımından görülmüş vacib işlərdən biridir. Ona görə də biz filmi dublyaj edərək daha 5 ölkədə təqdimatını, yayımını həyata keçirəcəyik".

R.Quliyev onu da vurğulayıb ki, Xocalı cinayəti məhz Xocalı faciəsinin il dönümündə deyil, daima xatırlanmalı və təbliğ edilməlidir.

Aparılan müzakirə və çıxışlardan sonra film nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən Alman Türk Yazarlar Birliyinin sədri Orhan Aras bu cinayətə beynəlxalq aləmdə hüquqi statusun verilməsi məsələsindən danışıb.

"Film gerçəkdən də hər kəs kimi mənə də çox təsir etdi. Hər birimiz bu qanın yerdə qalmaması üçün ciddi işlər görməliyik və beynəlxalq aləmdə bu cinayətə hüquqi statusun verilməsinə çalışmalıyıq. Düşünürəm ki, film Almaniyanın bütün şəhərlərində təqdim olunmalıdır".

Sonda O.Aras bu işlərin daha yüksək səviyyədə təşkilinə nail olmaq üçün Alman Azərbaycan Mədəniyyət Evinə əməkdaşlıq da təklif edib.