Minsk qrupu həmsədləri Qarabağ hesabatı verdi

ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Vyanada ATƏT-in daimi şurasına hesabat verib.

Həmsədrlər son bir il ərzindəki fəaliyyət barədə məlumat verərək Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün keçirilən danışıqları xarakterizə ediblər.

Sənəddə prezidentlərin görüşünün nəticələri barədə də məlumatlar yer alıb.

Həmsədrlərin regiona növbəti səfərinin noyabrın sonunda baş tutacağı bildirilib. Səfər ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin dekabra planlaşdırılan görüşündən əvvələ təsadüf edəcək.

Elnarə Əlosmanqızı

AzNews.az