Bakı-Sumqayıt yolunun kənarlarında yaradılmış süni təpələrin sökülməsinə başlanılıb. Bakı-Sumqayıt yolunun kənarlarında yaradılmış süni təpələrin sökülməsinə başlanılıb.

Sumqayıt yolundakı təpələr sökülür - Fotolar

Bakı-Sumqayıt yolunun kənarlarında yaradılmış süni təpələrin sökülməsinə başlanılıb.


Yolun avtovağzal tərəfdəki təpələr tam sökülüb. Bununla da yol təxminən 6 metr genişlənib.

Təpənin "Şamaxinka"ya doğru uzanan hissəsi isə tam sökülməyəcək. İş icraçısı "Qafqazinfo"ya bildirib ki, burada 2 metr enində genişləndirmə işləri aparılacaq. Təpəcik də 2-3 metr məsafədə söküləcək və təpənin üzərindəki fiqurlar saxlanılacaq. Bu işlər təxminən 1 həftəyə başa çatdırılacaq.

Qafqazinfo.az