Hacıbala Abutalıbov tanınmış şairə vəzifə verdi - Fotolar

Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamı ilə görkəmli elm, sənət, ilahiyyat xadimlərindən ibarət dini işlər üzrə komissiya yaradılıb.

Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin ictimai və humanitar məsələlər şöbəsinin müdir müavini, kulturoloq, əməkdar incəsənət xadimi Eldar Xəlilov bildirib.

Eldar Xəlilovun özünün də üzv olduğu komissiyaya 18 nəfərdən ibarət olmaqla İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, professor Nizami Məmmədov, Heydər Əiyev məscidinin iki məzhəb üzrə axundları, Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabinetinin nümayəndələri daxil ediliblər.

AMEA-nın baş elmi işçisi, filologiya elmləri doktoru, professor Vüqar Əhməd də dini işlər üzrə komissiyanın üzvü seçilib. Komissiyanın sədri BŞİH-nin başçısının müavini Rauf Pənahovdur.

Olke.az