Erməni tərəfi həmişə olduğu kimi öz döyüş itkilərini qəsdən gizlədir, müxtəlif adlar altında ictimaiyyətə çatdırmaqla çaşqınlıq yaradır. Erməni tərəfi həmişə olduğu kimi öz döyüş itkilərini qəsdən gizlədir, müxtəlif adlar altında ictimaiyyətə çatdırmaqla çaşqınlıq yaradır.

“Ermənilər əsgər ölümlərini xəstəlik kimi qələmə verir” - MN

Erməni tərəfi həmişə olduğu kimi öz döyüş itkilərini qəsdən gizlədir, müxtəlif adlar altında ictimaiyyətə çatdırmaqla çaşqınlıq yaradır.


Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ermənilər əsgərlərinin ölməsi faktlarını yol-nəqliyyat qəzaları, xəstəliklər, bədbəxt hadisələr və silahla ehtiyatsız davranma halı kimi qələmə verirlər.

Müdafiə Nazirliyindən verilən məlumatda deyilir ki, erməni tərəfi Ermənistandan gətirilən əsgərlərin işğal olunmuş ərazilərimizdə ölməsini açıqlamaq məcburiyyətində qalsa da, Dağlıq Qarabağdan çağırılanların, muzdlu kimi fəaliyyət göstərənlərin ölüm hallarını məharətlə gizlədir və öz xalqını aldadaraq yanlış fikir formalaşdırır.

Trend.az