“Uşaq bağçalarının, bütövlükdə məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması məsələsindən söhbət getmir və indilikdə belə bir məsələ də yoxdur”. “Uşaq bağçalarının, bütövlükdə məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması məsələsindən söhbət getmir və indilikdə belə bir məsələ də yoxdur”.

“Bağçalar Təhsil Nazirliyinə qaytarıla bilməz” – Açıqlama

“Uşaq bağçalarının, bütövlükdə məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması məsələsindən söhbət getmir və indilikdə belə bir məsələ də yoxdur”.


Bunu parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli sözügedən komitənin iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun yaradılması məsələsinin müzakirəsi deyib.

Komitə sədri belə bir məsələnin və iddianın ortaya çıxmasında daha çox medianı, bəzi KİV-ləri ittiham edib. "Biz "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanması anonsunu verər - verməz media belə bir məsələni gündəmə gətirdi ki, uşaq bağçaları, bütövlükdə məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılır.

Belə bir məsələ yoxdur, belə bir məsələdən söhbət gedə bilməz və indilikdə bu məsələnin ortaya atılması da düzgün deyil".

İsa Həbibbəyli yada salıb ki, ümumiyyətlə, Azərbaycanda hazırda 3 növ məktəbəqədər təhsil müəssisəsi var- dövlət, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələri.

"Ancaq dünyada bunun növləri çoxdur - günərzi, ailə tipli məktəbəqədər təhsil müəssisələri və sair. Gələcəkdə, yəni, məktəbəqədər təhsillə bağlı qanunun qəbulu və onun icrası ilə bağlı mexanizmlərin ortaya qoyulmasından sonra bizdə də yeni növ məktəbəqədər təhsil müəssisələri yaradıla bilər. Yəni demək istəyirəm ki, uşaq bağçalarının, məktəbəqədər təhsil müəssisələrinin də indilikdə Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması ilə bağlı konkret mexanizmlər yoxdur.

Bu məsələ hazırlanacaq yeni qanun layihəsinin də predmeti deyil. Bu məsələ dövlət başçısının sərəncamı və fərmanı ilə həll olunan bir məsələdir. Ona görə də media bu məsələdə tələskənliyə, çaşbaşlıq yaranmasına yol verməməlidir".

Modern.az